“Arsenal” qələbəsiz dörd matç seriyasına son qoydu: “Mançester Yunayted” məğlub oldubackend

“Arsenal” qələbəsiz dörd matç seriyasına son qoydu: “Mançester Yunayted” məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonun “Arsenal” klubu futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində “Mançester Yunayted” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

TASS-ın verdiyi məlumata əsasən, rəqibin qapısından topları Nikolya Pepe (8-ci dəqiqə) və Sokratis Papastatopulos (42-ci dəqiqə) keçiriblər.

Beləliklə, “Arsenal” Premyer Liqada qələbəsiz dörd matç seriyasına son qoyub. Komanda Mikel Artetin dekabrın 20-də ona rəhbərlik etməsindən sonra ilk dəfə matçdan qalib ayrılıb. London klubu 27 xalla yarış cədvəlində 10-cu yeri tutur. “Mançester Yunayted” isə 31 xalla beşinci pillədədir.

Qeyd edək ki, “Arsenal” növbəti turda yanvarın 11-də səfərdə “Kristal Pelas”la görüşəcək. “Mançester Yunayted” elə həmin gün “Norviç”i qəbul edəcək.

İnterpress.az