Əlcəzairdə “tamamilə müstəqil” hökumət yaradıldıbackend

Əlcəzairdə “tamamilə müstəqil” hökumət yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzairin Baş naziri Əbdüləziz Cerrad yeni hökumətin formalaşdırılmasını başa çatdırıb və nazirlərin siyahısını Prezident Əbdülməcid Təbbuna təqdim edib.

Bu barədə RİA “Novosti” Əlcəzair televiziyasına istinadən xəbər verir.

Siyahıya əsasən, Kaməl Bəlcud ölkənin daxili işlər naziri olacaq, Xarici İşlər Nazirliyinə Səbri Bukadum, Energetika Nazirliyinə Məhəmməd Ərkab rəhbərlik edəcək, ədliyyə naziri Belkasem Zəqmati, maliyyə naziri  Abderrahman Rauiyə təyin edilir, mədəniyyət Bəndudad Malikə, kənd təsərrüfatı Sidəhməd Fəruhiyə həvalə edilir. Əlcəzairin Baş Qərargah rəisi və milli müdafiə nazirinin müavini postuna isə Səid Şanqrih təsdiq edilib.

Qeyd edək ki,  bir müddət əvvəllər Cerrad yeni hökumətin peşəkar, tamamilə müstəqil və keçmiş hakim rejimlə heç bir əlaqəsi olmayacağını bəyan etmişdi.

İnterpress.az