Beş şirkətə bomba dolu qutu göndərildibackend

Beş şirkətə bomba dolu qutu göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda həftə ərzində beş şirkətə bomba dolu qutu göndərilib.

“NL Times”ın məlumatına görə, qutular Amsterdam, Rotterdam, Utrex şəhərlərində iki yanacaqdoldurma məntəqəsinə, hotellərə, avtomobil satışı və daşınmaz əmlak müəssisələrinə göndərilib.

Polisdən verilən məlumata görə, ciddi bədən xəsarəti yarada biləcək bombalar partlamayıb.

Eyni zamanda, qutularda Rotterdamda yerləşən şirkətə CIB-ə (Beynəlxalq Kommersiya Bankı) borcu olduğunu bildirilən məktub da ünvanlanıb.

Daha sonra eyni qutu təşkilatın qərargahında tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları CIB-dən bağlamaları götürərkən diqqətli olmağa çağırsalar da, onun hadisədə iştirakını istisna ediblər.

Polis əməkdaşları bütün bombaları bir adamın göndərdiyinə inanırlar, amma indiyə qədər kimin göndərdiyini tapa bilməyiblər.

İnterpress.az