Avropada oynayan ən yaxşı braziliyalı futbolçu bəlli olubbackend

Avropada oynayan ən yaxşı braziliyalı futbolçu bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Liverpul” klubunun futbolçusu Alisson Bekker növbəti mükafatını qazanıb.

OnlinePress.az-ın məlumatına görə, təcrübəli qapıçı Avropada çıxış edən ən yaxşı braziliyalı adına yiyələnib.

O, “Samba Gold” mükafatına sahib çıxıb. Alisson səslərin 35,54 faizini toplayıb.

2-ci yeri “Liverpul”un digər üzvü Roberto Firmino tutub – 23,48 faiz. Fransa PSJ-sinin müdafiəçisi Tyaqu Silva 3-cü olub – 10,46 faiz.

Alisson bu mükafata layiq görülən ilk qapıçı kimi tarixə düşüb.

Qeyd edək ki, “Liverpul”un qolkiperi 2019-cu ildə ən yaxşı qapıçı kimi Lev Yaşin mükafatı və “Globe Soccer Awards” mükafatına da yiyələnib.

İnterpress.az