İran XİN-dən sərt bəyanat: “Süleymaninin öldürülməsi beynəlxalq terror aktıdır”backend

İran XİN-dən sərt bəyanat: “Süleymaninin öldürülməsi beynəlxalq terror aktıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xarici İşlər naziri Cavad Zərif general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlı bəyanat verib.

C.Zərif özünün “Twitter” hesabında yazıb ki, İŞİD, “Əl-Nusra”, “Əl-Qaidə” və digər terror birlikləri ilə ən effektiv mübarizə aparan general Süleymaninin ABŞ tərəfindən hədəf alınması və öldürülməsi beynəlxalq terror aktıdır.

Nazir bu hərəkəti son dərəcə təhlükəli və axmaq addım adlandırıb:

“ABŞ öz yaramaz avantürizminin bütün nəticələrinə görə məsuliyyət daşıyır”.

İnterpress.az