“Disney” 2019-cu ilin rekordunu vurdubackend

“Disney” 2019-cu ilin rekordunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Disney” studiyası 2019-cu ilin nəticələrinə əsasən bütün dünyada kassa yığımları ilə 11,1 milyard dollar qazanaraq yeni rekord qırıb.

RİA “Novosti”nin məlumatına əsasən, “Disney” və “Fox”un ümumi yığımları 13,1 milyard dollar təşkil edib ki, bunun da 4,3 milyard dolları ev, 8,8 milyard dolları isə dünya prokatından əldə olunub.

Ekspertlər hesab edirlər ki, studiyanın bu cür yüksək göstəricilərini yaxın zamanlarda təkrar etmək mümkün olmayacaq, belə ki, bu, altı filmin uğuru ilə bağlıdır: “Qisasçılar: Final”, “Kapitan Marvel”, “Oyuncaqların hekayəsi-4”, “Kral Şir”, “Ələddin”, “Soyuq ürək-2”. Bu filmlərin hər biri milyard dollardan artıq kassa toplayıb. “Ulduz müharibələri”nin doqquzuncu epizoduna gəlincə, o, güman ki, öncəki filmləri 2020-ci ildə ötüb keçəcək.

Bu cür nəticələrə kino sənayesinin tarixində ilk dəfə “Disney” nail olub. Əvvəlki rekord eyni studiya tərəfindən 2016-cı ildə (7,6 milyard dollar) müəyyən edilmişdi.

İnterpress.az