Beyləqanda avtomobil aşıb, ölən varbackend

Beyləqanda avtomobil aşıb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az