BDYPİ bu şəxslərə müraciət etdi: Bərpası mümkün olmayan fəsadlara yol açıla bilərbackend

BDYPİ bu şəxslərə müraciət etdi: Bərpası mümkün olmayan fəsadlara yol açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər ağır qəzalara yol açır.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Məlumatda, son günlər sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi hallarının artması ilə əlaqədar sürücülərə müraciət edilib.

Bildirilib ki, nəqliyyat vasitələri sahiblərinin etibarından sui istifadə edən bəzi gənclərimiz sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərirlər. Bəzi hallarda isə avtomobil sahibləri öz nəqliyyat vasitələrini bilərəkdən idarə etmək üçün sürücülük hüququ olmayan yaxınlarına verirlər.

Belə şəxslər isə nəticədə sürücülük vərdişləri və təcrübəsi olmadığından, habelə yol hərəkəti sahəsində qanunvericiliyin tələblərini bilmədiklərinə görə ağır nəticəli yol nəqliyyat hadisəsi törədir, insanların həlak olmasına və xəsarət almalarına səbəb olurlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sahibi olan vətəndaşlarımızın nəzərinə çatdırır ki, avtomobilinizi idarə etmək üçün sürücülük hüququ olan tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin. Unutmayın ki, etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər.

İnterpress.az