2019-cu ilin ən çox izlənilən qarşılaşmaları açıqlanıb – SİYAHIbackend

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları açıqlanıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Transfermarkt\” portalı 2019-cu ildə dünya futbolunun 10 ən çox izlənilən matçının siyahısını dərc edib.

OnlinePress.az-ın məlumatına görə, birinci pillədə 2018/2019 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin \”Barselona\” (İspaniya) – \”Liverpul\” (İngiltərə) oyunu qərarlaşıb. \”Nou Kamp\” stadionunda keçirilmiş həmin görüşdə 98 299 tamaşaçı olub. Matç Kataloniya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

CAR liqasının 9 noyabrda Yohannesburqdakı \”Soccer City\” stadionunda baş tutmuş \”Kayzer Çifs\” – \”Orlando Payrets\” oyunu ikinci, İngiltərənin paytaxtı Londondakı \”Uembli\” stadionunda mayın 18-də oynanılmış \”Mançester Siti\” – \”Uotford\” qarşılaşması üçüncüdür. Bu matçları müvafiq olaraq, 88 min və 85 854 tamaşaçı izləyib.

İlk \”10-luq\”da sonrakı yerləri tutanlar:

4. İl ərzində bir neçə matç (\”Siqnal İduna Park\”, Dortmund, Almaniya) — 81 365

5. \”Real Madrid\” – \”Barselona\” (\”Santyaqo Berrnabeu\”, Madrid, 27 fevral) — 80 472

6. İl ərzində bir neçə matç (\”Azadi\”, Tehran) — 80 000

7. Fransa – Albaniya (\”Stad de Frans\”, Sen-Deni, 7 sentyabr) — 78 000

8. \”Milan\” – \”İnter\” (\”San-Siro\”, Milan, 17 mart) — 77 749

9. İl ərzində bir neçə matç (\”Alyans Arena\”, Münhen) — 75 000

10. \”Herta\” – \”Borussiya\” D (\”Olimpiaştadion\”, Berlin, 16 mart) — 74 667.

OnlinePress.az