“Azərişıq” ASC-nin transformatorunda baş vermiş yanğın söndürülübbackend

“Azərişıq” ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində \”Azərişıq\” ASC-yə məxsus transformatorda yanğın olub.

İnterpress.az xəbər verir ki, yanğının söndürülməsinə FHN-in ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

İnterpress.az