Baş redaktor: Cənab prezident bizə kömək edinbackend

Baş redaktor: Cənab prezident bizə kömək edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan gedən döyüşlərdə yaralanaraq qazi olan,eyni zamanda Veteninfo.az İA-nin rəhbəri olaraq müraciət edirəm.

Hörmətli Cənab Prezident
Bakı şəhəri Səlyan yolu 22 ünvanda yerləşən və sizin təşəbbüsünüzlə inşaa edilən Jurnalistlər binası  sakinləri  Bakı Nəqliyyat Agentliyi nin yaratmış olduğu qanunsuz əməlin qurbanına çevrilib.Hazırda qeyd etdiyim ünvanda təqribi minə yaxın insan hər gün BNA-nin yaratmış olduğu qanunsuz sərnişindaşıma ilə qarşı-qarşıyadı.
Yaşadığımız binanın sosial təsisləri olmadığı bir yana,hər gün 0.40 qəpik sərnişindaşımaya verməliyik.
Deməli 28 may-Lökbatan istiqamətində hərəkət edən 125 saylı avtobus 28 maydan hərəkətə başladıqdan sonra 20-ci sahədən birbaşa son dayanacağına hərəkət edir.
Lökbatandan qayıdan zaman ancaq jurnalistlər binası qarşısında dayanır.
Deməli biz 28 maydan-lökbatana olan məsafəyə hesablanan 0. 40 qəpiyi məcburən jurnalistlər binasından 28 may stansiyasına olan məsafəyə ödəməli oluruq.
Bu da BNA-nin qanunsuz şəkildə cibimizə girməsidi.
Cənab prezident sizdən xahiş edirik ki, BNA-nin bu qanunsuzluğuna son qoyulması və bu ərazidə yaşayan insanların şəhər nəqliyyatından normal istifadəsi üçün köməklik göstərəsiniz.
Hörmətlə:

Qarabağ qazisi

Vətəninfo.az saytı baş redaktoru

Nahid Canbaxışlı