Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunubbackend

Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya milli komandasının və \”Yuventus\”un sabiq futbolçusu Mauro Kamoranezi Sloveniya \”Tabor\”una baş məşqçi təyin olunub.

İnterpress.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə bağlanılıb. Komandanın sabiq baş məşqçisi Almir Süleymanoviç isə fəaliyyətini Kamoranezinin köməkçisi kimi davam etdirəcək.

İtaliyalı mütəxəssisin son iş yeri 2016-2017-ci illərdə Meksika \”Kafetaleros\”u olub. 2006-cı ilin dünya çempionu \”Koras de Tepik\” və \”Tiqre\”yə də rəhbərlik edib.

Qeyd edək ki, \”Tabor\” Sloveniyanın yüksək liqasına ötən mövsümün yekununda yüksəlib və hazırda 8-ci yerdə gedir. Çempionatın lideri isə \”Olimpiya\”dır.

İnterpress.az