Qanada bütün milli komandaların baş məşqçiləri rüşvətə görə qovulubbackend

Qanada bütün milli komandaların baş məşqçiləri rüşvətə görə qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qana Futbol Assosiasiyası (GFA) bütün kişi və qadınlardan ibarət milli komandaların baş məşqçilərini qovmağı qərara alıb.

İnterpress.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım araşdırma xarakterli sənədli filmdə səsləndirilmiş rüşvət və korrupsiya ittihamlarından sonra atılıb. Beləliklə, GFA prezidenti vəzifəsinə 2019-cu ilin oktyabrında seçilmiş Kurt Okraku radikal qərar qəbul edib.

Qeyd edək ki, Qananın kişilərdən ibarət millisinin baş məşqçisi Kvesi Appia idi. O, ilk dəfə 2012 – 2014-cü illərdə rəhbərlik etdikdən sonra 2017-ci ildə ikinci dəfə komandanın sükanı arxasına keçmişdi.

İnterpress.az