Tanınmış diaspor lideri Şahin Məmmədovun doğum günüdürbackend

Tanınmış diaspor lideri Şahin Məmmədovun doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun doğum günüdür.

Şahin Məmmədov Şimali Osetiya-Alaniya Respublikasında yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiya ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Şimali Osetiya-Alaniya Respublikasında qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.
Şahin Məmmədov Şimali Osetiya-Alaniya Respublikasında təhsil alan gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir.

Şahin Məmmədovun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

Bizdə başda mərkəzin rəhbəri Toğrul Allahverdili və Azərbaycan Diasporu İnformasiya Mərkəzi olaraq olaraq Şahin Məmmədovu səmimi qəlbdən təbrik edir,ona uzun ömür can sağlıgı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.

İnterpress.az