ADPU-nun məzunları olan fəal müəllimlərlə tələbələr bir araya gəldi – FOTObackend

ADPU-nun məzunları olan fəal müəllimlərlə tələbələr bir araya gəldi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) məzunları olan fəal müəllimlərlə tələbələri arasında görüş keçirilib.

İnterpress.az-ın məlumatına görə, görüş Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin təşkilatçılığı ilə ADPU-da baş tutub.

Görüşdə Azərbaycanda müəllimlərin işə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi müsabiqələrində yüksək nəticə göstərmiş Bakı və Sumqayıt şəhərində, Quba, Ucar və Cəlilabad rayonundakı məktəblərdə çalışan, ümumilikdə, 6 pedoqoq-müəllim iştirak edib.

Görüş zamanı tələbələrə Mərkəzin fəaliyyəti, həyata keçirdiyi işlər barədə məlumat verilib. Videoçarx vasitəsilə qurumun bu günə qədər fəaliyyəti nümayiş olunub.

Görüşdə çıxış edən \”İlin gənc müəllimi-2019\” müsabiqəsinin qalibi Elçin Abbasov, eləcə də müsabiqə finalçıları İlahə Həmidova, Aynur İbrahimova, MİQ imtahanında yüksək nəticə göstərmiş Süsən Məmmədova, Xatın Həsənova və Ülkər Abbasova tələbələrə müəllimlik fəaliyyətlərindən danışıb, onlara motivasiya verməyə çalışıblar.

Sonda İnsan Resursları Mərkəzi ilə gənc fəal müəllimlərin bundan sonra da əməkdaşlıq edəcəyi və birlikdə layihələr həyata keçirəcəyi diqqətə çatdırılıb.

ADPU-nun məzunları olan fəal müəllimlərlə tələbələr bir araya gəldi - FOTO