Sabir Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alındıbackend

Sabir Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasınım (VHP) sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərinə namizədliyi təsdiqlənib.

İnterpress.az xəbər verir ki, Sabir Rüstəmxanlının namizədliyi bu gün 61 saylı Neftçala Seçki Dairəsində təsdiqlənib.
Qeyd edək ki, Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Xalq şairi 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edib və iki il bu mətbu nəşrin baş redaktoru olub. Sabir Rüstəmxanlı ölkəmizin müstəqil olmasında imzası olan istiqlalçı deputatlardan olub. O, Dünya Azərbaycanlıları Konqressinin həmsədridir.

İnterpress.az