Ər-arvad Kərimovlar və daha 2 azərbaycanlı İranda həlak oldubackend

Ər-arvad Kərimovlar və daha 2 azərbaycanlı İranda həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ərdəbil şəhəri yaxınlığında baş vermiş avtomobil qəzasında həlak olan Azərbaycan vətəndaşlarının sayı 2 yox, 4 olub. Bunlardan ikisinin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.

Hadisə dünən günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb. Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri – 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə onlar həlak olublar. Yol qəzası qurbanları sabah dəfn ediləcəklər.

İnterpress.az