“Bizi xilas edin, ölürük!” — Azərbaycanlı ailə Gürcüstanda küçədə qalıb (VİDEO)backend

“Bizi xilas edin, ölürük!” — Azərbaycanlı ailə Gürcüstanda küçədə qalıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı ailə – Sevil Məmmədova və oğlu Amid Məmmədov Gürcüstanın Tbilisi şəhərində küçədə qalıblar.

İnterpress.az-ın xəbərinə görə, onların vətəndaşlığı yoxdur.

A.Məmmədov deyib ki, müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, kömək edən olmayıb:

“Almaniya kansleri Angela Merkelə də müraciət etdim ki, doğulduğum ölkə – Özbəkistan bizi öldürür, bütün qayğılardan məhrumuq. Çox çətinlikdən sonra Gürcüstanda “oturum” aldıq. Anamın ayağında damarları zədələnib, ödündə də daş var. Təcili əməliyyat olunmalıdır. Biz kimsəsizik. Azərbaycanlıyıq, Bakıda evimiz var idi, mən xəstələnən zaman anamı aldatdılar, evimizi satası olduq. Tbilisidə küçədə qalmışıq, harada qalırıqsa, kirayəni gecikdirən kimi bizi qovurlar. Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət etmişik, baxan olmayıb. Bizi xilas edin, ölürük”.
A.Məmmədov bildirib ki, hazırda Türkiyəyə getməyi düşünürlər: “Bəlkə orada iş tapdıq…”
Kömək etmək istəyənlər Amid Məmmədovla əlaqə saxlaya bilər.
E-mail: [email protected] Mobil: +995593284150