Cahandar BAYOĞLU: Azərbaycanda “Paralel Yapı” Milli Məclisi ələ keçirmək istəyir – İDDİAbackend

Cahandar BAYOĞLU: Azərbaycanda “Paralel Yapı” Milli Məclisi ələ keçirmək istəyir – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BAY (Birləşik Azərbaycan  Yurdları) Ocağı Başqanı Cahandar Bayoğlu iddia irəli sürüb: \”Dəyərli Yurddaşlarım! Həyatım boyu siyasi hakimiyyət uğrunda deyil, hər birimiz üçün doğma olan Azərbaycanın bağımsızlığı, bütövlüyü uğrunda mübarizə apardım. Bu yolu 2000-ci iliədək Elçibəyin yanında oldum. Bu günə kimi də həmin yoldayam. 2000-ci  ildən sonra, siyasi partiya mənsubiyyətimi dayandırdım. Ancaq bütövlük, Türk kimliyi, Turan ülküsü hədəfimiz olaraq qaldı. Azərbaycan dövlətçiliyinə qarşı dış basqılar, siyasi hakimiyyəti çevrilişlər yolu ilə ələ keçirmək cəhdləri olanda milli dövlətçiliyimiz naminə onların qarşısında olduq. Bu gün də həmin təhlükələr aradan qaldırılmayıb. İndi onların forması dəyişib və məzmunu davam edir. Bu gün keçmiş dönəmlərdən fərqli olaraq həmin təhlükələr açıq müstəviyə keçməkdədir. Əgər keçmişdə dövlətin bütün sütunlarının içdən dağıdılması istənirdisə, indi bütün bunları paralel yapılandırma vasitəsiylə gerçəkləşdirilməyə çalışılır. Parlament seçkiləri təbliğatı başlanmasa da, bəzi işartılardan görünür ki, paralel yapı revanşa doğru addımlar atmağa başlayıb. Belə ki, parlamenti ələ keçirərək və öz strateji hədəfləri müstəvisində həmin müfaziəkar güclər hər şeyi dəyişmək istəyirlər. Onlar ölkə parlamentində dövlətin siyasi iradəsini hayata keçirən dövlətin birinci və ikinci liderlərinin iradəsinə qarşı və həm də  yenilik əleyhində olan dış və iç güclərin oyuncuları statusu ilə paralel yapı, mafioz strukturlar kimi mübarizə aparmağa hüquqi şans qazanıblar. Ona görə də dövlətin Ali iradəsini, millətin seçkilərə qatılıb, paralel yapıya, mafioz qruplara, dış güçlərin oyuncularına qarşı dirənmək istədik. Çox təəssüflər olsun ki, bu şansı əldə etmək üçün qarşımızdakı qüvvələr süni şəkildə bürokratik əngəllər yaratmaqla imkan vermədilər.

Dəyərli Yurddaşlarım! Azərbaycan bölgəsəl və iç siyasətdə ciddi sınaq qarşısındadır. Biz sizləri siyasəti dərindən oxumağa dəvət edirik. Ölkədə çoxsaylı problemlərin olmasına baxmayaraq, ən üst təpədən başlanan islahatların yanında olub, bu möhtəşəm proseslərin qarşısında olanların oyunçularına güvənməyib, onlara qarşı dirənişlər  göstərməlisiniz. Mən inanıram ki, təpədən başlanan dəyişimin qarşısında olanların çoxu hələ də dövləti görəvlərdə öz hədəflərini davam etdirirlər və onların iradəsi güclüdür. Amma millətlə dövlətin bütünlüyü sayəsində bu güclərə qalib gələcəyik. Beləliklə də Azərbaycanı \”kukla dövlət” kimi görmək istəyənlər itirəcəklər. Bu yolda Tanrı Millətimizə və dövlətimizə yar olsun.\”(7NEWS.az)