Ronaldunun het-triki “Yuventus”a böyük hesablı qələbə gətirdi – VİDEObackend

Ronaldunun het-triki “Yuventus”a böyük hesablı qələbə gətirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya çempionatının növbəti turunda “Yuventus” öz meydanında “Kalyari”ni qəbul edib.

İnterpress.az xəbər verir ki, bu oyunda turinlilər mövsümdə ən böyük hesablı qələbələrini qazanıb – 4:0.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu oyunda het-trik və məhsuldar ötürmə edib.

Bu, Ronaldunun “A” Seriyasında ilk, karyerasında isə 56-cı het-trikdir.

“Yuventus” 45 xal toplayaraq turnir cədvəlinin birinci pilləsinə qalxıb.