Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdibackend

Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Azərbaycan və Gürcüstanı qabaqlaması barədə bəyanatına redaktələr edib.

İnterpress.az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, N.Paşinyan özünün “Facebook” hesabında səhv məlumat paylaşdığını etiraf edib.

O, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinad edərək qeyd edib ki, Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə, Cənubi Qafqazda yalnız Gürcüstanı üstələyir.

Xatırladaq ki, N.Paşinyan bundan əvvəl də BVF-yə “istinad etmişdi”.

İnterpress.az