Keçmiş nazirin deputatlığa namizəd oğlu Türkiyə vətəndaşıdır?backend

Keçmiş nazirin deputatlığa namizəd oğlu Türkiyə vətəndaşıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu, 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun Türkiyədə biznesi üzə çıxıb

İnterpress.az Secki.net-ə istinadən   xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb. Jurnalist Türkiyədəki kommersiya reyestrinin aktual məlumatlarına istinad edərək yazır ki, Rəşad Camalov aktiv biznes fəaliyyətilə məşğul olur. “Rəşad Camalov 2005-ci ildə İstanbulda qurulan Olimpik Lojistik Turizm de Dış Ticaret Limited şirkətinin sahibi və iki direktorundan biridir.

Digər payçılardan səhmləri satın alan Rəşad şirkəti 2006-cı ildə faktiki olaraq tam nəzarətə götürüb. O, 2011-ci ildə şirkətin kapitalını 100 000 lirədən 1 500 000 lirəyə çatdırıb. Şirkət müxtəlif malların topdansatışı ilə məşğul olur. Hazırda şirkətin ofisi İSTWEST rezindensinin A1B blokunda yerləşir.

Rəşadın əmisi, iş adamı Əlikram Camalovun Türkiyədə biznesi var. Hələlik onun indiyədək təkcə bir şirkətdə iri pay sahibi və direktor olduğu məlumdur. O, Ak-Ak Turizm Sanayi ve Dış Ticaret Limited şirkətini 2003-cü ildə İstanbulda türkiyəli ortağı ilə qurub. 2017-ci ildə isə şirkəti tərk edib. Şirkətdəki səhmlərinin dəyəri 700 min lirədən yuxarı idi.

Maraqlıdır ki, İkitelli Vergi Dairəsində vergi mükəlləfiyyətçisi olan Rəşad Camalovun Vergi Kimlik Nömrəsi artıq artıq onu əcnəbi olaraq təqdim etmir. Başqa sözlə, onun Türkiyə vətəndaşlığını da aldığını güman etmək olar”.

İnterpress.az