Pentaqon Yaxın Şərqə əlavə hərbçi və bombardmançı təyyarələr göndərirbackend

Pentaqon Yaxın Şərqə əlavə hərbçi və bombardmançı təyyarələr göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Pentaqon Yaxın Şərqə əlavə 200 hərbçi və B-52 bombardmançı təyyarələr göndərməyi planlayır.

Bu barədə “Wall Street Journal” dərgisi hərbi rəhbərliyin adını çəkmək istəmədikləri nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İtaliyanın Viçentsa şəhərində yerləşən ABŞ hərbi qərargahından 200 hərbçi Yaxın Şərq regionuna göndəriləcək. Hərbçilərdən bəziləri Livanın paytaxtı Beyrutda yerləşən ABŞ səfirliyinin təhlükəsizliyini qoruyacaq.

CNN telekanalının məlumatına əsasən, B-52 bombardmançı təyyarələri isə Böyük Britaniyanın Hind okeanında nəzarətdə saxladığı Diyeqo Qarsiya adasına enəcəklər. Qeyd olunur ki, sözügedən ərazi İran raketlərinin hədəfi üçün əlçatmazdır.

İnterpress.az