Tofiq Musayev: Artıq mənə UFC-dən təkliflər var – FOTObackend

Tofiq Musayev: Artıq mənə UFC-dən təkliflər var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qələbə tək mənim yox, Azərbaycan xalqının qələbəsidir. İnşallah, bundan sonra səsimiz daha uca yerlərdən gələcək.

İnterpress.az xəbər verir ki, bu sözləri “Rizin 20” turnirinin qalibi olan MMA döyüşçüsü Tofiq Musayev deyib.

Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-Prinin yüngül çəkisində güclü olan T.Musayev dünya reytinqində 13-cü sıradadır.

“Təbii ki, finalda məğlub etdiyim Patriki Freyre ilə revanşa hazıram. İlk dəfə burada açıqlayıram ki, artıq bizə UFC-dən bizə təkliflər var. Ancaq bəzi maddi və mənəvi məsələlərə görə bu barədə fikirləşmək lazımdır. Çünki “Rizin”də kəməri qorumaq da lazım gələcək.

Həm də hazırda məndə dopinq nəzarət gedir. Cavablar 20-25 günə bəlli olacaq. Bütün bunlardan sonra UFC məsələsi barədə məsələlər dəqiqləşəcək.

Hazırda əlimin sağalması üçün klubumuz tərəfindən həkimlərlə işlər aparılır. Bildiyiniz kimi, yarımfinalda sağ əlim qırılmışdı.

Mənim tək uğurumun səbəbi, gecəsini gündüzə qatan şəxsi məşqçim Ruslan Əfəndiyevdir. Uğurlarıma görə ona borcluyam”.

T.Musayevin şəxsi məşqçisi Ruslan Əfəndiyev isə bildirib ki, bu ilk hal deyil ki, idmançı sınıq əllə yarışa çıxır.

Tofiq Musayev: Artıq mənə UFC-dən təkliflər var - FOTO

Tofiq Musayev: Artıq mənə UFC-dən təkliflər var - FOTO

İnterpress.az