İran qırıcıları İraqın hava məkanına daxil oldubackend

İran qırıcıları İraqın hava məkanına daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın HHQ-nə məxsus təyyarələr İraqın hava məkanına daxil olub.

Bu barədə NBC telekanalının Tehran bürosu məlumat verib.

Daha əvvəl büronun rəhbəri Əli Əruzi İran qırıcılarının səmaya qalxması haqda xəbər verib.

Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

İnterpress.az