“Ramoş” silahla tutuldubackend

“Ramoş” silahla tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.

Bu barədə  DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Makarov” tipli tapança, həmin silaha məxsus beş ədəd güllə sandıqcası ilə birlikdə  aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Səmədov kriminal aləmdə “Ramoş” ləqəbi ilə tanınır.

İnterpress.az