ABŞ hərbi bazasına hücum zamanı ölənlərin sayı açıqlandıbackend

ABŞ hərbi bazasına hücum zamanı ölənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İraqda yerləşən Eynül-Əsəd hərbi bazasına hücum zamanı 80 nəfər amerikalı hərbçinin həlak olduğu bildirilir.

Bu barədə məlumatı İranın “Press TV” agentliyi yayıb.

“Al-Hadath” telekanalı isə xəbər verir ki, Eynül-Əsəd hərbi bazasına hücum zamanı bir neçə ABŞ silahlı qüvvələrinə məxsus təyyarə məhv edilib.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofman İranın ABŞ-ın iki hərbi bazasına hücum faktını təsdiqləyib. Lakin Pentaqonun sözçüsü hərbçilər arasında olan itkilər barədə məlumat verməyib.

Conatan Hofman ABŞ-ın Yaxın Şərqdə olan hərbçilərinin təhlükəsizliyə dair bütün zəruri tədbirləri həyata keçirdiklərini açıqlayıb.

İnterpress.az