İran XİN başçısı İraqda ABŞ hərbi bazalarına hücuma münasibət bildiribbackend

İran XİN başçısı İraqda ABŞ hərbi bazalarına hücuma münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İraqda ABŞ hərbi bazalarına hücuma münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Cavad Zərif deyib ki, İran Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51–ci maddəsinə uyğun olaraq, özünü müdafiə etmək üçün müvafiq addımlar atıb.

İran XİN başçısı qeyd edib ki, ölkəsi gərginliyi artırmaq və ya müharibə aparmaq niyyətində deyil. 

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin öldürülməsinə görə qisas əməliyyatının başladığını elan edib və ABŞ-ın İraqdakı hərbi bazalarına zərbələr endirib. KİV-in məlumatına görə, İranın İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.

Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp \”hər şeyin qaydasında olduğunu” deyib.

İnterpress.az