Dilarə ilə Samirin səmimi görüntüləri yayıldı – FOTObackend

Dilarə ilə Samirin səmimi görüntüləri yayıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həmkar və yaxın dost olan müğənnilər Samir Cavadzadə ilə Dilarə Kazımovanın səmimi fotoları gündəm olub.

İnterpress.az xəbər verir ki, məclislərin birində Sultan Fərhadovun kamerasına tuş gələn ulduzların birlikdə lentə alınmış fotoları müzakirə predmetinə çevrilib.

İkilinin həddindən artıq bir-birinə yaxın oturmaları və Dilarənin Samirin dizinə qoyduğu əli izləyicilərdə fikir ayrılığına səbəb olub.

Bəziləri məşhurların bir-birinə yaraşdıqlarını, bəziləri sevgili olduqlarını deyib, bir qisim də bu dərəcədə səmimiyyətin açıq-aşkar nümayiş etdirmələrinə etiraz ediblər.

Qeyd edək ki, Samir Cavadzadənin ötən il təqdim etdiyi “Sev məni” adlı bəstəyə çəkilmiş klipdə Dilarə Kazımova da rol alıb. Tərəflər sözügedən ekran işində sevgili rolunu canlandırıblar.

Dilarə ilə Samirin səmimi görüntüləri yayıldı - FOTO

Dilarə ilə Samirin səmimi görüntüləri yayıldı - FOTO

Dilarə ilə Samirin səmimi görüntüləri yayıldı - FOTO