Ramanada dayısıoğlu tərəfindən ürəyindən bıçaqlanan gənc yerindəcə öldübackend

Ramanada dayısıoğlu tərəfindən ürəyindən bıçaqlanan gənc yerindəcə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu öz qohumu tərəfindən bıçaqlanıb. 32 yaşlı şəxs aldığı bıçaq xəsarətlərindən hadisə yerində keçinib.

Meyiti xəstəxanaya gətirən mərhumun qardaşı “Report”a açıqlamasında qətli törədən şəxsin dayısı oğlu olduğunu bildirib.

İnterpress.az