ABŞ-ın İraqdakı səfirliyinə növbəti raket hücumubackend

ABŞ-ın İraqdakı səfirliyinə növbəti raket hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Bağdaddakı səfirliyinin və bir sıra hökumət binalarının yerləşdiyi “Yaşıl zona”ya raket hücumu olub.

CNN xəbər verir ki, iki raket səfirliyin yaxınlığına düşüb. Sosial şəbəkələrdə yayılan videolarda səfirliyin həyəcan siqnallarının çalındığı əks olunub.

İraq ordusu isə hücumla bağlı açıqlama yayıb və bildirib ki, sözügedən əraziyə iki ədəd “Katyuşa” raketi düşüb. Ölən və yaralanan yoxdur.

Hələlik raketin kimin atdığı ilə bağlı məlumat yoxdur.

İnterpress.az