Suriyada terror aktı nəticəsində dörd türk hərbçisi şəhid oldubackend

Suriyada terror aktı nəticəsində dörd türk hərbçisi şəhid oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şimalında terror aktı nəticəsində dörd türk hərbçisi həlak olub.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə “Sülh bulağı” hərbi əməliyyatı keçirilən ərazidə yerləşdirilmiş Türkiyənin nəzarət-keçid məntəqəsində baş verib. Hərbçilər yaxınlaşdığı zaman içərisində bomba yerləşdirilmiş avtomobil partladılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi ölənlərin yaxınlarına baş sağlığı verib.

İnterpress.az