Azərbaycanda yeni qurum yaradıldıbackend

Azərbaycanda yeni qurum yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni jurnalist qurumu yaradılıb.

İnterpress.az-ın xəbərinə görə, Azərbaycan İdman Jurnalistləri Federasiyası artıq təsis olunub.

Təsisçi “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevdir. Onun bu barədə fikirlərini öyrəndik:

“Dekabrda saytınıza dediyim kimi, yanvarda bu barədə məlumat verəcəkdik. Artıq sözügedən qurumu təsis etdik. Bu qurum Ədliyyə Nazirliyində artıq qeydiyyatdan keçib. Sabah saat 15:00-da idman jurnalistlərini Milli Olimpiya Komitəsində toplayacağıq. Gələcək planlarımızı müzakirə edəcəyik.

Jurnalistləri maraqlandıran suallara cavab verməyə, onları düşündürən məsələləri müzakirə etməyə çalışacağıq. Həmçinin daha sonrakı proseslərdə federasiyanın baş katibi, vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvlərini seçməyə çalışacağıq. Onu da deyim ki, İcraiyyə Komitəsində Milli Olimpiya Komitəsi, eləcə də, Gənclər və İdman Nazirliyinin nümayəndəsi də olacaq”.

Qabil Mehdiyev onu da bildirdi ki, federasiyanın saytı da artıq hazırdır və ictimaiyyətə təqdim olunacaq.

İnterpress.az