“Neftçi”nin sonuncu rəqibi müəyyənləşibbackend

“Neftçi”nin sonuncu rəqibi müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq \”Neftçi\” klubunun yoxlama görüşündə qüvvəsini sınayacağı sonuncu rəqibi də müəyyənləşib.

İnterpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Roberto Bordinin baş məşqçisi olduğu komanda son yoxlama matçını yanvarın 24-də Ukrayna təmsilçisi “Desna”ya qarşı keçirəcək.

Xatırladaq ki, \”Neftçi\” bu oyuna qədər Türkiyədə Polşanın “LKS Lodz” (15 yanvar) və Kiyev “Dinamo”su (20 yanvar) ilə də üz-üzə gələcək. \”Ağ-qaralar\” vətənə yanvarın 25-də qayıdacaq.

İnterpress.az