Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıbbackend

Tural Gəncəliyev XİN-dəki vəzifəsinin icrasını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması\”nın rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.

“Report”un məlumatına görə, o, XİN-dən məzuniyyətə çıxıb.

T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb.

İnterpress.az