Paşinyan maliyyə nazirini istefaya göndərirbackend

Paşinyan maliyyə nazirini istefaya göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin maliyyə və büdcə blokundan narazılığını bildirməsə də, Maliyyə naziri Atom Cancuqazyanı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

“Sputnik”in məlumatına görə, bu barədə “İrates” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Hökumət və Maliyyə Nazirliyi artıq qəzetin açıqlamasını təkzib edib. Bununla belə, nəşr qeyd edib ki, hökumətdə ciddi qarışıqlıq başlayıb.

Qəzet yazır ki, iki aydan sonra Mərkəzi Bankın sədri Artur Cavadyanın səlahiyyət müddəti başa çatacaq. Yenidən seçilmək ehtimalı yoxdur, qanun icazə vermir.

“Hökumətə yaxın mənbələrimiz Cavadyanın yerini Baş nazirin müavini Mher Qriqoryanın alacağını söyləyir”, – deyə qəzetdə vurğulanıb.

Qriqoryan bundan əvvəl bank sektorunda çalışıb.

“İrates”in versiyasına görə, Qriqoryanı Baş nazirin müavini kimi ya keçmiş Maliyyə naziri Vardan Aramyan, ya da keçmiş Baş nazir müavini Vaçe Qabrielyan əvəzləyəcək.

İnterpress.az