Yeni federasiyanın İdarə Heyətində hansı jurnalistlər yer alacaq?backend

Yeni federasiyanın İdarə Heyətində hansı jurnalistlər yer alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirilib.

İnterpress.az-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Fərid Mansurov çıxış edib.

O bildirib ki, nazir Azad Rəhimov da idman jurnalistikasının durumundan narazıdır. Bu səbəbdən də belə bir qurumun yaradılmasına ehtiyac var.

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abıyev isə deyib ki, belə bir qurum tam vaxtında yaradılıb.

AİJF-nin prezidenti Qabil Mehdiyev isə çıxışında idman jurnalistikasında boşluq olduğunu bildirib. O, bu qurumun yaradılmasında əsas məqsədlərdən birinin idman jurnalistlərinin sosial durumunun düzəldilməsi, onların iş fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.

AİJF-nın rəsmi saytı və loqosu da artıq hazırdır. Qurumun saytı Sportsmedia.az domeni ilə fəaliyyət göstərəcək. Qurumun saytında yer alan “Mediadan seçmələr” bölməsində idman jurnalistlərinin maraqlı məqalələri əks olunacaq.

İlin sonunda isə həmin jurnalistlərdən ən yaxşısı mükafatlandırılacaq. Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatları təsis ediləcək. İlk mükafat il ərzində jurnalistlərlə yaxşı işləyən idman xadimlərinə və ya federasiya nümayəndələrinə, ikinci isə ən yaxşı idman jurnalistinə təqdim olunacaq.

AİJF-nin İdarə Heyəti doqquz nəfərdən ibarət olacaq: Qabil Mehdiyev (prezident), Fərid Mansurov (GİN), Cəmaləddin Rəhmanov (MOK), Ellada Mustafayeva (ADBTİA-nın magistr proqramı), Firuz Abdulla (AFFA), Mahir Rüstəmli (“Futbol+”), Vüqar Zeynalov (“Azerisport”), Elşən Məmmədov (İdman Araşdırmalar Mərkəzi), Sənan Şəfizadə (ATV).

İdarə Heyəti ayda bir dəfə yığışacaq. Orada təkliflər dəyərləndiriləcək, bəzi məsələlər müzakirəyə çıxarılacaq.

İnterpress.az