İnfantino Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilibbackend

İnfantino Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirilən 135-ci sessiyasında komitənin üzvü seçilib.

Bu barədə komitənin rəsmi saytında məlumat verilib.

İnfantino ilə yanaşı, Beynəlxalq Tennis Federasiyasının (ITF) prezidenti Devid Haqqerti və Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita da BOK-nə üzv seçiliblər.

Beləliklə, BOK-nin üzvlərinin ümumi sayı 101 nəfərə çatıb.

“Üç yeni həmkarımızı komitəyə üzv seçilmələri münasibətilə təbrik edirik. Bundan sonra BOK bu təcrübəli insanların dəyərli məsləhətlərinə bel bağlaya bilər”, – komitənin sədri Tomas Bax bildirib.

İnterpress.az