Bu il “Formula 1” yarışı Bakıda saat neçədə başlayacaq?backend

Bu il “Formula 1” yarışı Bakıda saat neçədə başlayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə 2020-ci il mövsümü üçün Azərbaycan Qran-Prisində yarışların keçirilmə vaxtı açıqlanıb.

Beynəlxalq Avtomobil Federasiyasından (FIA) verilən məlumata görə, bu il 5-7 iyunda keçiriləcək Azərbaycan Qran-Prisində sərbəst yarışlar saat 13:00-14:30 və 17:00-18:30-da baş tutacaq.

İlk sərbəst yarışlar iyunun 5-də keçiriləcək.

İyunun 6-da keçiriləcək üçüncü sərbəst yarış 14:00-da başlayacaq və bir saat davam edəcək. Həmin gün sıralamanı müəyyənləşdirmək üçün təsnifat yürüşü keçiriləcək. Bu, saat 17:00-da başlayıb, 18:00-da başa çatacaq.

Yarışın özü isə iyunun 7-si saat 16:10-da start götürəcək. 20:08-də artıq Azərbaycan Qran-Prisinin qalibi bilinəcək.

İnterpress.az