“Boeing” daha 5,4 mln. dollar cərimələnə bilərbackend

“Boeing” daha 5,4 mln. dollar cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mülki Aviasiyası Federal İdarəsi (FAA) \”Boeing\” korporasiyasını daha 5,4 mln. dollar məbləğində cərimələmək təklifini irəli sürüb.

İnterpress.az “Bloomberg”ə istinadən verdiyi məlumata görə, FAA bu cəriməni  yoxlama zamanı korporasiyanın 178 ədəd “737 MAX”  təyyarəsində aşağı keyfiyyətli hissələrin quraşdırılmasının aşkarlandığına görə təklif edib. \”Boeing\” sözügedən təyyarələri sertifikatlaşdırmaya hazır kimi təqdim etmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə, keçən ilin mart ayında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğramasından sonra ABŞ-da və bir çox ölkələrdə “Boeing”in  “737 MAX” təyyarələrinin uçuşları dayandırılıb.

İnterpress.az