ABŞ-ın İraqdakı hərbi bazasına növbəti raket zərbəsi endirilib: yaralananlar varbackend

ABŞ-ın İraqdakı hərbi bazasına növbəti raket zərbəsi endirilib: yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İraqdakı “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

“Reuters” xəbər verir ki, zərbə “Katyusha” tipli raket qurğularından endirilib.

Azı yeddi mərmi bazanın içərisindəki uçuş-enmə zolağına düşüb, nəticədə dörd İraq hərbçisi yaralanıb.

Qeyd edək ki, “Balad” bazası Bağdaddan 80 kilometr şımalda yerləşir. Bir neçə gün əvvəl bu baza artıq raket hücumuna məruz qalıb.

İnterpress.az