Güləş millisində ciddi itki: Olimpiya mükafatçılarımız zədələndibackend

Güləş millisində ciddi itki: Olimpiya mükafatçılarımız zədələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın iki aparıcı güləşçisi zədə alıb.

İnterpress.az-ın xəbərinə görə, Olimpiya mükafatçılarımız Toğrul Əsgərovla Cəbrayıl Həsənov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunmuş 48-ci ənənəvi turnirdə zədə alıb.

Olimpiya və Avropa çempionumuz Toğrul Əsgərov 74 kq çəki dərəcəsinin yarımfinalında zədə alıb. Bu səbəbdən o, bürünc medal uğrunda görüşdə millimizin dağıstanlı üzvü Hacımurad Hacıyevlə görüşə çıxa bilməyib.

Elə Olimpiya və dünya çempionatı mükafatçımız, üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov (-86 kq) da yarımfinalda zədə alıb. Ayağı şişən Cəbrayıl millimizin digər üzvü Osman Nurməhəmmədovla bürünc medal görüşünə çıxmaq imkanında məhrum olub.

İnterpress.az