ANAR MƏMMƏDOVUN ƏSL OBRAZI və yaxud BİR – NEÇƏ XƏBƏRƏ BİR NEÇƏ SÖZ…backend

ANAR MƏMMƏDOVUN ƏSL OBRAZI və yaxud BİR – NEÇƏ XƏBƏRƏ BİR NEÇƏ SÖZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başım bir – neçə gün öz iş – gücümə qarışıq olduğundan real və virtual aləmdə baş verən hadisələrdən bir xeyli xəbərsiz olmuşam. Köhnə, təzə xəbərləri araşdırarkən qarşıma günü gündəmə çevirəcək bir- biri ilə əlaqəli bir neçə xəbər çıxdı. Bu xəbərlərin o ucu, bu ucu, yuxarısı, aşağısı məni bir xeyli maraqlandırdı. Və mən ilin – günün bu vaxtında – seçkilərin ən qızğın çağında məcbur olub bu xəbərlərə münasibət bildirməli oldum.
Məsələ belə başlayıb: “ Cirminal Az” satyının baş redaktoru öz sayıtında belə bir məlumat yayıb ki, keçmiş nazir Fizuli Məmmədov Lombar Məlahəti məhkəməyə verib. Bu xəbərdə keçmiş nazirə tərəf bir xeyli quyruq bulanması, Məlahət xanıma isə aşşağılayıcı münasibət hiss olunur. Bu informasiyanın üstündə bir xeyli gəzişmələr olub. Bu ifadəni özünə təhqir hesab eləyən Məlahət xanım Qurbanova Anar Məmmədovu şərəf və ləyaqətinin təhqir etdiyinə görə məhəməyə verib. Bu səbəbdən də ölkənin tanınmış və mənim hörmət etdiyim bir neçə qələm sahibi, ziyalılar – Şahvələd Çobanoğlu, İlham İsmayıl, Xədicə İsmayıl, Rövşən Hacıbəyli və başqaları bu münasibətlə ictimaiyətə ünvanlanmış belə bir müraciətə imza atıblar ki, bəs müxalif qəzetin baş redatoru müxalif Anar Məmmədova qarşı təzyiqlər artır biz bunu pisləyirik. Necə deyərlər, burada mal – mala qatılıb.
Bu səbəbdən də mən məsələnin bəzi məqamlarına aydınlıq gətirmək fikrinə düşdüm. Əvvala, oradan başlayım ki, mən Məlahət Qurbanovun əslinə – nəslinə bələd adamam. Onun atası rəhmətlik Qara Moşu Qazaxın ən adlı – sanlı kişilərindən biri olub. Sovet dövründə o rayona qədəm qoyan bütün qələm sahibləri ö kişinin çörəyini yeyib. Hətta o vaxtlar bir Qazax şairinin o zaman vəzifədə oilan rəhbərlərin hamısınını tənqid edən 12 bəndlik satirasının bir misrası onun şəninə təriflə yazılıb ( Qara Moşu bir dəryadır bulanmaz, ) və dillər əzbəri olub, Eynilə Məlahət xanımın qardaşları – rəhmətlik Şabəddin və Məhəmməd də hörmət – izzət sahibi olublar. Təkcə bir faktı qeyd etməyim yerinə düşər ki, Şabəddin bəyin dəfni günün Azərbaycanın müxtəlif yerlərindən və Gürcüstandan yas məclisinə gələn adamların sayı saysız – hesabsız olub və bu adamların hamısı demək olar ki, hönkür – hönkür ağlayıb. Mən bunun şəxsən şahidi olmuşam.
Məlahət xanım özü də mətbuata açıq adamdır, tanınmış ziyalıdır, xeyriyəçidir.Füzuli Ələkbərov haqqında danışmağa ehtiyac yoxdur. Nə nazir olanda, nə də indi bir yaralı barmağa nəsə eləməyib.
Anar Məmmədovun mənimlə qarşı – qarşıya gəlməsi 2018- ci il iyul ayının 13 – nə təsadüf edir. Həmin zaman barəmdə həbs- qəti imkan tədbiri seçilmişdir və mənim işimi aparan müstəntiq məhz Anar Məmmədovun vasitəsilə mətbuata bu xəbəri sevinclə paylaşıb barəmdə kompramat toplamağa cəhd etmişdir. Başda Dəyanət Babayev olmaqla bir neçə tanınmış şəxs Anar Məmmədovdan barəmdə yaydığı dezinformasiyanı sayıtdan çıxarmağı xahiş etmişdir. Hətta iki günlük həbsdən sonra mən məhəkmə zalında azadlığa çıxanda da Anar Məmmədov sayıtı vasitəsilə mənim hələ də həbsdə olmağımı cəmiyyətə sıramaqda davam edirdi. İndi belə bir adamdan müxalif obrazı yaradıb cəmiyyətə sıranması istər – istəməz məni bu yazını yazmağa məcbur edir.
Qayıdaq bir də məsələnin üstünə. Verilən xəbərlərdən bəlli olur ki, “Lombard” ləqəbi Məlahət xanıma yaraşan bir ifadə deyil. Məlahət xanım şəxsən Anar Məmmədovun özünə yazılı müraciət edib ki, mənim adım, soyadım var informasiyanı verəndə adımın qabağına qondarma ləqəb atma. Adam bunları qəbul etməyib. Belə olan halda Məlahət xanım öz şərəf və ləyaqətini niyə məhəkmədə müdafiə etməməlidir? Bu uydurma ləqəbi bir xəbərdə işlətməyi azmış kimi hər dəfə Anar Məmmədov hər yazısında onu təzədən dövriyəyə buraxıb xanıma yanıq verir
Anar Məmmədov bu uydurma ləqbi dönə – dönə işlətməklə nə demək istəyir, axı? Yaxşı, bəs, niyə qarşı tərəfi – Fizuli Əiləbərovu cəmiyyətə rəğbətlət təqdim edir.Məsələn, onun adının qarşısına niyə BMV ayaması yazmır? Axı, Fizuli Ələkbərov bu maşının satışı ilə də məğuldur.
Hesab edirəm ki, Məlahət xanımın məhkəməyə müraciət etməsi hansısa ifadə azadlığının mədutlaşdırılmasına yönəlməyib. Açıq – aydın görünür ki, Anar Məmmədovun yazdığı xəbərin rəğbət olunan tərəfindən pul iyi gəlir. Məlahət xanım bunun müqabilində belə ləqəblə cəmiyyətə təqdim olunub şəxsiyyətinə həqarət edilir.
Göründüyü kimi, Anar Məmmədov mətbuata xəbər vermək əvəzinə nəsə həqiqi qələmə yaraşmayan hərəkət edərək cəmiyyətdə yüksək nüfuza malik olan əsl – nəcabətli bir xanımın adının qabağına uydurma ləqəb yazıb və bunu davam etməkdə israrlı olmasını bəyan edib. Tam obyektiv araşdırmam nəticəsində bu qənaətə gəlmişəm ki, nə Anar Məmmədov, nə də onun sayıtı heç vaxt azad olmayıb və olmağa da cəhd etməyib.Verdiyi, yazdığı xəbərlər bunu deməyə ipucu verir. Məqsədi tamamilə ayrı şeylər olub. İndi onun cəmiyyətə azad mətbuatın nümayəndəsi kimi sırınması Allah xoş gedən məsələ deyil. Gec – tez zaman hər şeyi yerinə qoymalıdır. Biz zamanın əleyhinə işləyə bilmərik.

Mübariz Məsimoğlu