Aparat rəhbəri: “Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib”backend

Aparat rəhbəri: “Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Bunu “Report”a açıqalamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

S.Mirzəyev bildirib ki, Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara parlament seçkilərini izləmək üçün rəsmi müraciət göndərilib:

“Milli Məclis tərəfindən AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA, və GUAM PA-ya seçkiləri izləmək rəsmi müraciət göndərilib. Ancaq Avropa Parlamentinin üzvü olmadığımız üçün onlara müraciət göndərilməyib”.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Aparat rəhbəri: "Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib"