“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsibackend

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclərin Məşvərət Şuralarının yaradılması layihəsi çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırmaçılıq bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə Gənclərin Məşvərət Şuraları arasında müntəzəm dialoqun qurulması, gənclərin yerli idarəetmə orqanları ilə qarşılıqlı tərəfdaşlıq çərçivəsində gənclər arasında maraq doğuran məsələlərin müəyyənləşdirilməsi və həmin məsələlərin həlli üçün birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, Yerli Məşvərət Şurasının üzvlərinin regionun ictimai-sosial həyatında aktiv şəkildə iştirak etməklə, ümumilikdə gəncləri maraqlandıran məsələlərin həllinə və inkişafına töhvə verməsi, gənclər arasında şəbəkələşmənin inkişafına nail olunması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bakının Xəzər rayonu və yuxarıda qeyd edilmiş 4 rayonda yeniyetmə və gənclərin müxtəlif təbəqələrini (şagirdlər, tələbələr, gənc müəllimlər, həkimlər, məktəb və kollecdə çalışan şəxslər, həmkaralar ittifaqları üzvləri, gənclər təşkilatları nümayəndələri, işsiz gənclər, əlilliyi olan gənclər, köçkün ailələrdən olan və.s) təmsil edən 16-29 yaş arası fəal və cəmiyyətin inkişafına töhfə vermək istəyən gənclər, xanımlar, əlilliyi olan və köçkün ailələrdən olan gənclərin müraciət etməsi yüksək dərəcədə alqışlanır.

Müraciət edəcək gənclər arasından hər rayon üçün 20 gəncin üzvlüyü nəzərdə tutulmuşdur.

Layihə təqviminə əsasən:

Gənclərin Məşvərət Şuralarına üzvlərin seçilməsi: Yanvar-Fevral 2020;
Təlimlərin keçirilməsi:Mart-Aprel 2020;
Sorğunun hazırlanması və təlimlərin ikinci mərhələsi: May-İyun 2020;
Layihələrin icrası: İyul-Oktyabr 2020;
Hesabat konfransı: Noyabr-Dekabr 2020-ci iltarixlərində baş tutacaqdır.

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması”  layihəsi 01.01.2020-31.12.2020-ci il tarixlərini əhatə edəcəkdir.

Layihənin təqvimi