Məhkəmə Atambayevin həbs müddətini uzatdıbackend

Məhkəmə Atambayevin həbs müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına dair qərar verib.

Bu barədə “RİA Novosti” agentliyinə onun vəkili Zamir Jooşev deyib.

Müdafiə tərəfinin yaydığı xəbərə əsasən, məhkəmə A.Atambayevin həbs müddətini daha iki aya qədər uzadıb.

Vəkil, həmçinin, iş üzrə növbəti məhkəmə iclasının yanvarın 16-da keçiriləcəyini bildirib.

Xatırladaq ki, Qırğızıstan Respublikasının sabiq Prezidenti Almazbek Atambayev məhkəmə qərarı ilə 2019-cu ilin avqustunda həbs olunub.

İnterpress.az