Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb. 

Dərc edilib: 14 yanvar 2020 [17:04]
Baxış sayı: 9147

Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

İnterpress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ali Seseylə müqavilə bağlayıb. İngiltərə doğumlu, milliyyətcə syerra leoneli olan 25 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1,5 ildir.

“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

“Arsenal”ın və “Lester”in yetirməsi Azərbaycan klubuna keçdi - FOTO

Qeyd edək ki, Ali Sesey London “Arsenal”ının və “Lester”in yetirməsi olub. O, peşəkar futbolçu kimi “Lester”lə 2013-cü ilin martın 15-də peşəkar müqavilə bağlasa da, Premyer Liqada debüt edə bilməyib və icarəyə göndərilib.

O, İngiltərədə “Kolçester Yunayted”, “Kembric Yunayted”də icarə əsasında oynayıb, həmçinin həmin ölkənin “Barnet”, İsveçin “Frey”, Yunanıstanın “Xania” və Bolqarıstanın “Arda” klublarında çıxış edib. Futbolçu, həmçinin Syerra Leone yığmasında beş matça çıxıb.

Xatırladaq ki, “Zirə” qış transfer pəncərəsi dönəmində haitili futbolçusu Soni Nordla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. Həmçinin “Səbail”dən Ağabala Ramazanovu, “Qəbələ”dən gürcüstanlı David Volkovu heyətinə qatıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 221