Xeyriyyəçilər kənd sakinlərinə külli miqdarda pul payladılarbackend

Xeyriyyəçilər kənd sakinlərinə külli miqdarda pul payladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Darem qraflığının sakinləri altı il küçədən yığdıqları pulu polisə veriblər.

MK.ru-nun xəbərinə görə, Blekxoll Kolleri kəndinin sakinləri altı il ərzində mənşəyini bilmədikləri pullara sahib çıxmayıblar.

Onlar bu illər ərzində tapdıqları pulları polisə təhvil veriblər.

Polisin uzun müddət apardığı axtarışdan sonra pulun iki xeyriyyəçi tərəfindən verildiyi məlum olub.

Adlarının anonim qalmasını istəyən şəxslər qazandıqları pulun bir hissəsini kənd sakinləri ilə paylaşmaq istədikləri üçün belə etdiklərini deyiblər.

Ümumi dəyəri 26 min funt sterlinq (57,431 AZN) məbləğində olan pul polislər tərəfindən kənd sakinlərinə paylanıb.

İnterpress.az