İsrailin HHQ səhranı qət edərək Suriyadakı aerodroma raket zərbəsi endirdilərbackend

İsrailin HHQ səhranı qət edərək Suriyadakı aerodroma raket zərbəsi endirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Homs əyalətindəki T4 hərbi aerodromuna dronlar vasitəsilə raket zərbələri endirilib.

SANA xəbər verir ki, bu barədə Suriya hərbi komandanlığından məlumat verilib.

İsrailin pilotsuz uçuş aparatları İordaniya və İraqın arasında olan səhranı qət edərək bazaya hücum ediblər. Dörd raketin hədəfə çatması nəticəsində aerodroma maddi ziyan vurulub.

Xəbərə görə, Suriyanın hərbi hava qüvvələri bu hücumların qarşısını alaraq bir neçə dronu məhv edib.

İnterpress.az