Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Formula-1”in dörd il ərzində Azərbaycana qazandırdığı gəlir açıqlandı

“Formula-1” yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib.

Dərc edilib: 15 yanvar 2020 [11:38]
Baxış sayı: 7074

“Formula-1” yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib.

İnterpress.az  xəbər verir ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən “Formula-1” yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub.

Belə ki, bu dörd yarışdan sonra Azərbaycana 506,3 milyon dollar gəlir götürüb. Bunlardan 300,6 milyon dollar birbaşa (turizm, hotel, nəqliyyat, bilet satışı və s.), 205,7 milyon dollar dolayı yolla qazanılmış gəlirdir.

2019-cu ildə KİV-də Azərbaycan Qran-Prisi ümumilikdə 90,2 milyon televiziya tamaşaçısı tərəfindən izlənilib. Bu isə 2018-ci illə müqayisədə, 10 faiz artım deməkdir. Belə ki, 2018-də bu göstərici 82,3 milyon olub.

Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib.


İnterpress.az 






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249